Qanunsuz yaşayan 452 miqrant saxlanılıb

Bu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb.
Bu barədə Minval.İnfo-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, onlardan 6 nəfər Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.
Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfəin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanıan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İşsizlərin diqqətinə - Bunu mütləq oxuyun!
Ağsuda yük maşını kanala aşdı, sürücü öldü - FOTOLAR-VİDEO
Astarada yetişən nəhəng limon: çəkisi də, qiyməti də fərqlidir - FOTO
"Sakinlərə 1 illik kirayə pulu veriləcək" - İcra başçısı
Yuxusuz qalmağın ziyanları