Qanlı domino oyunu: Bakıda fəhləyə 14 bıçaq zərbəsi endirildi
Bakıda 1973-cü il təvəllüdlü şəhər sakini V.Əzizov bıçaqlanıb.
Bu barədə Oxu.Az-a paytaxtın Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 26-da saat 21 radələrində Qara Qarayev prospektində V.Əzizova döş qəfəsi və qarın nahiyəsindən bıçaq zərbəsi endirilib. Hadisədən sonra cinayətkar yoxa çıxıb.
Nəticədə, ağır vəziyyətdə olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, məhkəmə-tibbi ekspertiza nümayəndələri yaralının bədənində 14 bıçaq zərbəsi aşkarlayıb.
Əməliyyat-axtarış tədbirləri zamanı Nizami rayon 24-cü Polis Bölməsi tərəfindən şübhəli bilinən şəxs – Şamaxı sakini, 1995-ci il təvəllüdlü Ş.Musayev saxlanılıb.
Məlum olub ki, münaqişə məişət zəminində – yaxınlıqdakı bazarda işləyən fəhlələr arasında çayxanada domino oynayarkən başlayıb. Sərxoş V.Əzizov Ş.Musayevi təhqir edib. Buna cavab olaraq Ş.Musayev şahidlərin önündə cibindən bıçaq çıxararaq V.Əzizova hücum edib.
Şahidlərin sözlərinə görə, V.Əzizov sərxoş vəziyyətdə aqressivləşir, hər kəsi təhqir edir. Bu halda baş verən hadisənin günahkarının zərərçəkən özü olduğu məlum olur.
Faktla bağlı istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Abşeron”un sahibi saxlanıldı
Yoxa çıxan Ayşən adlı qız öldürülüb - Şok cinayətin üstü açıldı
Məşhur azərbaycanlı stilist həbs edildi
Əli Həsənovun nəvəsi hökmdən narazıdır - Apellyasiyaya verdi
Lənkəranda böyük əməliyyat - 13 nəfər saxlanılıb - FOTO