Qafanda İran-Ermənistan görüşü: Zəngəzur dəhlizi yenidən gündəmdə
İran və Ermənistan rəsmiləri Qafan şəhərində Cənubi Qafqazdakı geosiyasi prosesləri müzakirə ediblər.
Minval.info xəbər verir ki, görüş Ermənistanın elmi qurumlarından biri və İranın İrəvandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlıq” mövzusunda keçirilib.
Tədbirin açılışında İranın Ermənistandakı səfiri Xəlil Şirqulami və Ermənistanın Sünik vilayətinin rəhbəri Robert Qukasyan çıxış ediblər. Onlar Cənubi Qafqazda baş verən dəyişikliklər fonunda iki ölkə arasında strateji tərəfdaşlığın yeni şərtlərə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
Bildirilib ki, tərəflər bölgənin strateji əhəmiyyətini ön plana çəkərək iqtisadi və regional əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Xatırladılıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk xarici səfərini İrana edib. Hazırda İran və Ermənistan arasında “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində iş aparılır. Bununla belə, son məlumatlara görə, sənədin hazırlanması prosesində müəyyən siyasi fikir ayrılıqları yaranıb.
Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, Qafanda keçirilən görüş İranın Cənubi Qafqazda, xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən proseslərdə fəal rol oynamaq istəyindən irəli gəlir. Onun sözlərinə görə, Tehran dəhlizin açılmasının özünün regional tranzit və strateji mövqeyinə təsir göstərə biləcəyini düşündüyü üçün bu məsələyə həssas yanaşır.
Britaniya baş naziri: Brexit sazişinin yenidən baxılması birləşdirici ola bilər
Şərhçi hesab edir ki, Zəngəzur dəhlizinin açılması qlobal nəqliyyat layihələrinin tərkib hissəsi olduğundan bu prosesin qarşısının alınması çətin görünür. Bununla yanaşı, o, İran və Ermənistan arasında nəzərdə tutulan strateji tərəfdaşlıq sənədinin imzalanmasının da beynəlxalq siyasi amillər səbəbindən gecikdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib