Qadından ərinin dostuna qarşı ağlagəlməz hərəkət: Evinə gəldi və...
Bakıda ərinin dostunu bıçaqlamaqda təqsirli bilinən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Gülnar Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
O, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.
İstintaq dövründə həbs edilməyən Gülnar Məmmədova məhkəmədən sərbəst buraxılıb.
İttihama görə, 2017-ci il sentyabrın 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində evlərdən birində yaşayan Gülnar Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Quliyevi bıçaqlayıb.
Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib.
Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub.
Azad Quliyev Gülnar Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb. Bu barədə Gülnar Məmmədova ona xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini tələb edib.
Lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb.
Bu zaman qadın mətbəxdən bıçaq götürərək Azad Quliyevin döş qəfəsindən xəsarət yetirib.(Publika.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir