“Qadın ona icazə verməyib ki...” - Arvadını buna görə öldürdü
Samux rayonunda sərxoş kişinin həyat yoldaşını öldürməsinin bəzi təfərrüatı məlum olub.
Ziyadlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Elvin Bayramov qətlə yetirdiyi həyat yoldaşından iki il bundan əvvəl boşanıb:
“Elvin Bayramov Müşafərim Bayramovdan iki il bundan əvvəl ayrılıb. Müşafərim ərindən boşanandan sonra uşaqları ilə atasının evində yaşayır. Elvin isə öz ata yurdunda qalırdı. Elvin fəhlədir, ara-sıra içki qəbul edir. Dünən axşam saat 23:00 radələrində içkili vəziyyətdə Müşafərimin ata evinə gedib. Müşafərimin valideyinləri evdə olmayıb. Qapını döyüb, səsə Müşafərim çıxıb. Deyib ki, uşaqlarımı görməyə gəlmişəm. Qadın ona icazə verməyəndə Elvin zor gücünə içəri girmək istəyib. Aralarında mübahisə yaranıb, səsə bibisi gəlib. Elvin əlindəki bıçaqla arvadını öldürüb, bibisini isə yaralayıb. Ana ölüb, ata həbs olunub, uşaqların isə gözündən yaş sel kimi axır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir