“Qaçqınkom”un bəzi müəssisələri ləğv edildi
“Ölkə.Az” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon “Qarabağ” Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu “Araz” İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu “Alıbəyli” və Kənd təsərrüfatı müəssisəsi, və Qubadlı rayonu “Top Çinar” Aqrar Fermer Təsərrüfatı Komitənin 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmri ilə ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.
Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.
Ləğvedilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən 2 təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət etsinlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
