Qəzaya uğrayan gəmidəki azərbaycanlılarla bağlı dövlət agentliyindən açıqlama

Krasnodar bölgəsinin Tamansk yarımadasında qəzaya uğrayan gəmidən xilas edilən və aralarında Azərbaycan vətəndaşları olan ekipaj üzvlərinin həyatı üçün təhlükə yoxdur.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən “Surov” gəmisinin saya oturması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda, həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Qafqaz limanına doğru hərəkət edən “Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyə edilərək “Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur.
Hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur güləşçi edam ediləcək
Fahişəliklə günahlandırılan qadınların şallaqlanma mərasimi – FOTOLAR, VİDEO
Putin və Tramp görüşdü
Ana öz oğluna it yemi yedirdi - VİDEO
Əlləri, ayaqları daim soyuq olanların NƏZƏRİNƏ
Havalar isinəndə koronavirus məhv olacaq? - Professordan açıqlama
Culian Assanjın əlində hansı sirlər var?