29.08.2022 - 12:50
Hərbi xəbər
24 baxış
Qəzada ölən hərbçimizə şəhid statusu veriləcək
Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.
Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.
Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
10.09.2026 - 18:51
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
06.09.2026 - 22:20
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!
06.09.2026 - 13:35