23.01.2019 - 11:32
Dünya 1 baxış

Qəzəbli ata əxlaqsızlıqda günahlandırdığı qızını qanına qəltan etdi – VİDEO

Bu gecə Türkiyədə dəhşətli cinayət baş verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursada qeydə alınıb.

Axşam saatlarında qəzəbli ata qızını qanına qəltan edib. Belə ki, 65 yaşlı Mehmet Adnan Soyudemir axşam saatlarında evə gedib. O, evdə qızı 32 yaşlı Ayşe Yasemin Soyudemirlə mübahisəyə başlayıb. Mübahisə əsnasında o, qızını 4 yerindən bıçaqlayıb.

Qonşuları səs-key eşitdikləri üçün polisə xəbər veriblər. Polis gələndə qız qan içində qıvrılırmış. Dərhal əraziyə təcili yardım çağırılıb. Qadın xəstəxanaya aparılıb. Polis qəzəbli atanı tutub.

İddiaya görə, ata qızını əxlaqsızlıqda günahlandırıb və ona görə bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: