Qərb Ukraynada gizli, Rusiya isə açıq... – Ekspert
Ukraynada prezident seçkiləri ilə bağlı başlayan kampaniya çox gərgin keçəcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Seçkilərdə xarici faktorların peyda olması istisna edilmir. Belə ki, əsas namizədlər təkcə öz elektoratlarına deyil, eyni zamanda, Qərbdə onları dəstəkləyən siyasi dairələrə də üz tutacaqlar. Söhbət xüsusilə ABŞ, Almaniya, və Avropa İttifaqındakı siyasi dairələrdən gedir”, – ekspert bildirib.
Politoloq bildirib ki, Ukraynada prezident seçkilərinə xarici amillərin təsiri Rusiyanı narahat etməyə bilməz:
“Krım hadisələrindən sonra Ukranyanın daxili-siyasi spektorunun daha qərbyönünmlü olmasına baxmayaraq rusiyapərəsət qüvvələrin seçkilərdə fəallığı istisna olunmur. Ancaq Qərbdə fərqli olaraq Moskva daha çox pərdəarxasında fəaliyyət göstərəcək. Düzdür, Poroşenkonun reytinqi kifayət qədər aşağıdır, ancaq o, Timaşenko ilə rəqabət aparacaq əsas namizədlərdən biri olacaq. Digər namizədlərin də şansları az deyil. Bəzi namizədlərin reytinqindən isə ümumiyyətlə danışmaq mümkün deyil. Bir sözlə, bu seçki kampaniyası kimin daha şanslı və ya zəif olduğunu birmənalı ortaya qoyacaq”.
Qeyd edək ki, Ukraynada 31 mart prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ