Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçib (FOTO)

Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında ən yüksək bal toplayan tələbə – Əbil Şəfiyev 697.1 balla Azərbaycan birincisi olub.
O, I ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticə göstərib və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanıb. Əbil Şəfiyev Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olub.
Qeyd edək ki, Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?
