Qəbələdə iki minik avtomobili toqquşub, ölən və yaralananlar var

Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələ ki, məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq sürücü Şakir Əhmədov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıya aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçayda dərzi intihar edib
Tanınmış azərbaycanlı diplomat vəfat etdi
Karantin rejmini “fürsətə” çevirən işbazlar - ARAŞDIRMA
Ramil Usubov əmr imzaladı
Yıxıldığını dedi, bıçaqlandığı ortaya çıxdı
Leyla Əliyeva oğulları ilə “Jara”da - Video
“22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub” - Nazir