“Putinin gözünə baxıb Buçada gördüklərimi demək istədim, mübahisə etdik”
Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş
təəssüratlarından danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kurier” yazıb.
Nehammerin sözlərinə görə, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.
“Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər tufana işarə edir”, – kansler bildirib.
O qeyd edib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.
Həmçinin, onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın günahkar olduğunu təkid edib.
Qeyd edək ki, Nehammer-Putin görüşü aprelin 11-də Moskvada baş tutub. Onların söhbəti 1,5 saat davam edib.
Xatırladaq ki, bu gün Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbər yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!