Putin və Trampın limuzini - Hansı daha üstündür?
Amerikanın “Newsweek” jurnalı ABŞ Prezidenti Donald Trampın “Cadillac” avtomobili ilə Rusiya lideri Vladimir Putinin “Kortej” avtomobilini müqayisə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məqalənin müəllifi Rusiya istehsalı olan avtomobilin Böyük Britaniyanın lüks “Rolls Royce Phantom” və “Rolls Royce Ghost” limuzinlərinə bənzədiyini qeyd edib. Jurnalın məlumatına əsasən, “Kortej” avtomobilinə quraşdırılan V12 mühərriki Amerika istehsalı olan limuzinin V8 mühərrikindən daha güclüdür. Bundan başqa, Trampın “Vəhşi” ləqəbli avtomobili yarım ton ağırdır.
Müəllifin fikrincə, Vladimir Putinin limuzini rabitə və təhlükəsizlik üçün çox sayda yeni texnologiyalarla təchiz olunsa da, effektivliyinə görə Donald Trampın daha köhnə avtomobilindən üstün deyil. Materialda, həmçinin bu ilin yay aylarında “Vəhşi”nin yeni versiyasının istifadəyə verilə biləcəyi vurğulanır. Müqavilənin məbləği 15 milyon dollardır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qeyd edək ki, bir həftə əvvəl Rusiya prezidentinin inauqurasiyası zamanı Vladimir Putin Kremlin birinci korpusundan Böyük Kreml Sarayına yeni avtomobildə – “Kortej” layihəsinin limuzinində getmişdi.
“Kortej” layihəsi dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobillər seriyasının – limuzin, sedan və miniven tipli avtomobillərin hazırlanmasını nəzərdə tutur.

Minval.İnfo

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar