Putin bu gün Bakıda olacaq
Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda olacaq. Modern.az xəbər verir ki, prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin sentyabrın 27-də Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək.
“Orada Rusiya və Azərbaycan regionlarının forumu keçiriləcək. Dövlət başçıları Vladimir Putin və İlham Əliyev regionların rəhbərləri ilə söhbət edəcək, onların qarşısında çıxış edəcəklər. Bu görüşdən əvvəl Prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarına tamaşa edəcək”,- Peskov deyib.
Vladimir Putin daha sonra sentyabrın 27-28-də Düşənbədə MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!