Psixotrop dərmanların alıcısı da saxlanıldı, satıcısı da

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb. Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir