Psixoloqun qətli - içki içməsinə irad bildirdiyi şəxs tərəfindən öldürülüb
Qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Öldürülən şəxs psixoloq olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Mürsəlovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Qətl hadisəsi ötən il avqustun 16-da Xaçmaz rayon Nabran kəndində baş verib.
55 yaşlı Tərlan İbrahimov başından mişar daşı ilə zərbələr alaraq qətlə yetirilib. İlkin araşdırma zamanı Tərlan İbrahimovun Dalğalı kənd sakini Taleh Mürsəlov tərəfindən qətlə yetirildiyi məlum olub.
Psixoloq kimi fəaliyyət göstərən Tərlan İbrahimov Bakıda yaşayırmış və hər il Nabranda istirahət etmək üçün orada kirayə ev tutubmuş.
Hadisə baş verən günü axşam Tərlan İbrahimov içkili olan Taleh Mürsəlova yaxınlaşıb və yaşca böyük kimi, ona özünü alkoqolla məhv etməməyi tövsiyə edib.
Onun bu xoş məsləhəti Taleh Mürsəlovun qəzəbinə səbəb olub. Taleh Mürsəlov əvvəlcə psixoloqun baş nahiyəsinə yumruqla vurub, daha sonra yaxınlıqda mişar daşı taparaq qurbanının başına bir neçə ağır zərbə endirib.
İ.Muradov
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir