Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR... - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfir təyinatı ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə təcrübəli diplomat, Birinci Qarabağ müharibəsi veteranı Rəşad Eynəddin oğlu Məmmədov gətirilib.
Musavat.com xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru olan 53 yaşlı diplomat bundan əvvəl Azərbaycanın Türkiyə və Qazaxıstandakı səfiri vəzifələrində çalışıb.
Rəşad Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.
1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Daha sonra təhsilini xaricdə davam etdirərək G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2020-ci ildə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.
Yeni səfir həm də Birinci Qarabağ müharibəsi veteranıdır. O, 1992–1994-cü illərdə həqiqi hərbi xidmətdə olarkən Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətindəki döyüş bölgəsində vuruşub.
Əmək fəaliyyətinə Ədliyyə Nazirliyində və Hərbi Prokurorluq sistemində başlayan Rəşad Məmmədov 2000-ci ildən diplomatik xidmətə keçib. O, Xarici İşlər Nazirliyində, Azərbaycanın Rusiyadakı Səfirliyində, həmçinin Aktau şəhərindəki Baş Konsulluqda müxtəlif məsul vəzifələrdə çalışıb. 2015–2021-ci illərdə Azərbaycanın Qazaxıstandakı, 2021–2026-cı illərdə isə Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri olub.
Zəngin diplomatik fəaliyyətinə görə Rəşad Məmmədov Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Qazaxıstanın 2-ci dərəcəli “Dostluq” ordeni və bir sıra yubiley medalları ilə təltif edilib.
Rus və ingilis dillərini mükəmməl bilən diplomat ailəlidir, 3 övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda internet KƏSİLDİ – Minlərlə abonent çətinlik yaşayır
Vüsalə Əlizadə oyuncaqlara etiraz etdi: “Uşaqlara travmadır”
100 milyonluq kredit qalmaqalı: Şirkət rəhbərləri həbs olundu
FHN-dən əhaliyə XƏBƏRDARLIQ: Temperatur 41 dərəcəyə çatacaq
Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - FOTO
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona