Prezidentin köməkçisi: "Qarabağ"la həmişə fəxr edirik!"
“Komandamızla həmişə fəxr edirik! Uğurlar, “Qarabağ!”.
“Minval.info” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislamın təyyarəsi: Qardaşlıq jesti və təkzib
Bakının bəzi ərazilərində işıq kəsiləcək!
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri
Azərbaycanın ticarət dövriyyəsi 30 milyardı keçdi
Qarabağ KOB-ları: Yeni təlimlər uğurla tamamlandı