Qarabağ KOB-ları: Yeni təlimlər uğurla tamamlandı
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində keçirilən növbəti peşə təlimləri uğurla başa çatıb. Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından təlimlərə cəlb edilən şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri və kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.
Dörd ildir ki, fəaliyyət göstərən “Qarabağ KOB-ları” layihəsinin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir. Layihə həmçinin işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının güclənməsinə və sakinlərin məşğulluğunun artırılmasına da töhfə verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevinc Məmmədova ABŞ-da prorektor təyin edildi
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır