01.07.2022 - 15:08
Ölkə
28 baxış
Prezidentin general rütbəsi verdiyi polislər kimdir?
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Bakupost.az “Unikal”a istinadən xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir. O, bu vəzifəyə 2020-ci ilin noyabr ayında təyin olunub. C.Daanov həmin təyinatadək C. Daanov bu təyinatadək Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində çalışıb.

Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, bundan öncə Suraxanı rayonunun polis rəisi olub.

General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. O, bu vəzifəyə 2020-ci ilin iyun ayında təyinat alıb. Həmin təyinatadək V.Ələkbərov BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.
Prezident tərəfindən ali xüsusi rütbəyə layiq görülən digər polis zabiti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Sərdar Süleyman oğlu Səfərovdur. S.Səfərov bu vəzifəyədək BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
11.09.2026 - 22:51
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
11.09.2026 - 22:37
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
11.09.2026 - 22:23
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
11.09.2026 - 22:16
Azeri Light neftinin qiyməti 5,5% artdı
11.09.2026 - 21:41
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
11.09.2026 - 20:52
Bakıda sabah yağışsız, 31° isti olacaq
11.09.2026 - 20:31
Formula 1: Bakı üçün qazanc və itkilər
11.09.2026 - 19:56