“Prezident məni şəxsən çağırıb tapşırdı ki...”
“Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb”.
Minval.info Modern.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.
E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb:
“Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.
Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Evimdəyəm və danışmaq istəmirəm - Əbülfəs Qarayev
Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı enib - FAKTİKİ HAVA
Dilqəm Əsgərovun oğlu: “Atamdan xəbər ala bilmirəm”
Daha hansı separatçıların həbsi gözlənilir? - Ekspertdən açıqlama
Hikmət Hacıyev: “Atamı axırıncı dəfə mart ayının 13-də görmüşəm”
Azərbaycanda ilk: Ətir həvəskaraları mükafat qazandı - Fotolar