Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı
Ukrayna prezidenti Pyotr Poroşenkoya qeyri-münasib sual verən jurnalist Marina Baranovskaya işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bunu M. Baranovskaya özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, dövlət başçısına verdiyi sualdan sonra çalışdığı mətbuat orqanının rəhbərliyinin soyuq münasibəti ilə üzləşib.
“Poroşenkodan soruşdum ki, siz, insanların yaşamaq uğrunda mübarizə apardıqları ölkədə prezident kreslosunda özünü necə hiss edirsiniz? O isə dedi ki, həyatı şəkər deyil və buna əmin olmaq üçün onunla bir gün keçirməyi təklif etdi”, – deyə M. Baranovskaya vurğulayıb.
Jurnalist Poroşenkonun bu təklifini qəbul edib və onun haqqında sənədli film çəkib.
M. Baranovskaya bildirib ki, hazırda mediada özünə iş axtarır, lakin cəhdləri hələlik uğursuzdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!