Poroşenko məşhur rus jurnalistə əsəbiləşdi - Video
“Rossiya 1” telekanalının müxbiri Valentin Boqdanov Ukrayna prezidenti Petro Poroşenko BMT-nin Baş Assambleyasını tərk edərkən ona keçən ilin ortalarında həbs edilən “RİA Novosti” agentliyinin Ukrayna şöbəsi üzrə rəhbəri Kiril Vışinskiyin taleyi ilə bağlı sual ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, Poroşenko üzünü jurnalistə tutaraq sərt şəkildə Rusiyadan həbs etdiyi 24 ukraynalı dənizçini sərbəst buraxmağı tələb edib
“24 ukraynalı dənizçi sizdə qanunsuz olaraq həbsxanada saxlanılır. Siz təcili olaraq onlardan üzr istəməli və azadlığa buraxmalısız. Çünki siz təcavüzkarsız, beynəlxalq hüquqları pozursuz. Siz və lideriniz (Şübhəsiz ki, burada Rusiya prezidenti Vladimir Putindən söhbət gedir.-red) ukraynalıların qatilisiniz. Bunu yadınızda saxlayın, – deyə Poroşenko söyləyib.
Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədərini pozduğu üçün atəşə tutulub və dənizçilər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı senator iclas zalında həbs olunub
İranda yol polisinə silahlı hücum: ölən və yaralanan var
İngilis mühafizəçi Ərdoğan üçün Quran oxudu - VİDEO
Özbəkistan prezidenti Azərbaycana gəlir
Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı
Əhalisi ən az olan 10 ölkə - SİYAHI
Almaniyada qalmaqal - Türk cəsus saxlandı