Polşa ordusu sıralarına 13 min nəfərdən çox könüllü cəlb edib
Son məlumata görə, 13 min nəfərdən çox polşalı könüllü hərbi xidmətə yazılıb.
“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak TVP telekanalına açıqlamasında bildirib.
“Ümid edirik ki, sentyabr, oktyabr və noyabr aylarında daha çox müraciət olacaq. Bu il 15 min nəfərlik yer hazırlamışıq. Lazım gələrsə, daha çoxunu tapacağıq. İstəyirik ki, mümkün qədər çox insan təlim keçsin, silahla işləməyi bacarsın, yaxşı təşkil olunsun”, – o vurğulayıb.
Qeyd edək ki, yeni qanuna əsasən, Polşada könüllü hərbi xidmət tətbiq olunub. Əvvəllər orduda olmamış hər kəs xidmət edə bilər. Hərbi hazırlığı bitirdikdən sonra gələcəkdə ehtiyata və ya peşəkar orduya qoşulmaq olar.
Könüllü xidmət 28 günlük əsas təlim kursu ilə başlayır. Daha sonra çağırışçı təlim, hərbi nizamnaməni və silahla rəftar qaydalarını öyrənir.
Hazırlığı davam etdirməmək qərarına gələnlər ehtiyata köçürüləcək. Qalanları 11 aya qədər xüsusi təlim keçəcəklər. Bu müddətdən sonra könüllü peşəkar, ərazi və ya ehtiyat xidmət üçün müraciət edə bilər.
Könüllü xidmətin bir hissəsi olaraq, aylıq 4,560 zlot (960 ABŞ dolları -red) ödənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur