Polisin bu səlahiyyəti “ASAN Xidmət”ə verilə bilər
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşəbbüsü ilə qurumun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü keçirilib.Minal.info-nun “Report”a istinadən məlumatına görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “ASAN Xidmət” sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin icraçı direktoru Rəşad Əhmədov iştirak ediblər.
Tərəflər əsasən avtonəqliyyat hadisələri zamanı yol polisinin verdiyi 4 saylı arayışın “ASAN Xidmət”də verilməsini müzakirə edib. ASA-nın sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur. Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan M.Abbasbəyli 4 saylı arayışın “ASAN Xidmət”də təqdim edilməsi sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.
Bununla yanaşı, səfər sığortasının “Asan Visa” vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.
Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ziya Məmmədovun göydələn ofisi sökülür (FOTOLAR)
İyun ayının hava proqnozu açıqlandı
Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi
Diqqətli olun: Bakıda yeni dələduzlar peyda olub – VİDEO
Bu şəhərdə su olmayacaq
Azərbaycanda koronavirusa yoluxma STATİSTİKASI
Azərbaycanda ən çox müraciət olunan dövlət orqanlarının saytları - REYTİNQ