Polis həyətində çətənə əkəni saxladı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Narkobaron həbsdən çıxıb ölkədən qaçdı - Zindaştinin zindandan qurtuluşu
Masallıda arvadını öldürməkdə şübhəli bilinən kişi tutuldu
Bakıda 42 min saxta avro yığışdırıldı
Bakıda bıçaqlanma hadisəsi olub
Fədayə Laçının bacısının ifadəsi - Nələri etiraf etdi?
Qubada Bakı sakinindən "patı" aşkarlandı
1 kiloqrama yaxın narkotiklə tutuldu - Foto