Polad Bülbüloğlunun qardaşına 200 min manat “atdılar”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.İnfo xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.
İttiham aktına əsasən, o, İradə İsmayılovaya Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tiktirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.
Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, zərərçəkmiş Ç.Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yağan yağış dəhşətli qəzaya səbəb oldu - FOTO, VİDEO
DTX daha bir icra başçısını saxladı — SON DƏQİQƏ
Bakıda içkili adam avtobusun şüşələrini qırdı - VİDEO
Bakıda ərəb 6 yaşlı uşağı vurdu
Bakıda avtomobil yaşlı qadını belə vurdu - Video
Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - ağır yaralandı
DİN-dən əməliyyat: Keçmiş məhkum tutuldu, evindən narkotik tapıldı - FOTO