Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ CAVAB
“Vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur. Hətta məsələ ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlanır”.
“Minval.info”xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq. Bəzi müəssisələrdə peyvəndlənmə icbaridir. Çünki burada insanlar böyük kütləylə işləyirlər. Hesab edirik ki, təhsil müəssisələri də bu siyahıya aiddir. Nəzərə alaq ki, təhsil işçilərinin böyük əksəriyyəti yaşlı insanlardır. Onların sağlamlıqlarını düşünürək bu qərarı vermişik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?