Peskov səfərbərliklə bağlı səhvlərin olduğunu ETİRAF ETDİ
Kreml ehtiyat qüvvələrin səfərbər edilməsində səhvlərə yol verildiyini etiraf edib.
Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. O, jurnalistlərə açıqlamasında bunları deyib: “Həqiqətən səfərbərlik fərmanının pozulduğu hallar var. Bəzi bölgələrdə qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək”.
Kremlin sözçüsü hərbi xidmətə çağırış hüququ olan rusiyalı kişilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün görüləcək tədbirlər barədə sualı da cavablandırıb. Peskov sərhədlərin bağlanması ilə bağlı qərarın verilmədiyini söyləyib.
Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. 261 min kişi vətəndaş ölkəni tərk edib. Hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan: general Tavaratsyanın oğlu ordunu itaətsizliyə çağırdı...
Ermənistanın keçmiş baş qərargah rəisi “metallom” satırmış
Əkrəm İmamoğlunun qələbəsi rəsmən tanındı
Rus kəşfiyyatından xəbərdarlıq - Ermənistana hücum olacaq
Prezident başsağlığı verdi
Ərdoğan Putinə müraciət etdi: “Onları azad edin”
“Rusiya sülhməramlılarına qarşı təxribat olmayıb” - Zaxarova