Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Rusiya ilə davam edən müharibənin Ukrayna üçün maliyyə yükü gündən-günə artır. Publika.az-ın məlumatına görə, Ukrayna Maliyyə Nazirliyi münaqişənin bir gününün ölkəyə orta hesabla 266 milyon dollara başa gəldiyini açıqlayıb.
Bu xərclər, əsasən, Ukrayna Silahlı Qüvvələrinin saxlanılması üçün ayrılan dövlət büdcəsindən 2026-cı ilə qədər planlaşdırılan 4,37 trilyon qrivna (97,1 milyard dollar) məbləği çərçivəsində həyata keçirilir. Büdcə vəsaiti hərbçilərin maaşları, silah və texnika tədarükü, həmçinin gözlənilməz xərcləri əhatə edir.
Lakin bu məbləğ yalnız birbaşa büdcə xərclərini əks etdirir. Ukraynanın xarici tərəfdaşlarından aldığı silahların dəyəri bu hesaba daxil edilməyib, bu da real xərclərin daha yüksək ola biləcəyini göstərir.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın may ayında verdiyi məlumata görə, hərbi əməliyyatların bir günü ölkəyə təxminən 450 milyon dollara başa gəlir. Bu, münaqişənin maliyyə yükünün daha da ağır olduğunu göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır