Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ermənistan sərhədini qanunsuz olaraq keçən Azərbaycan hərbçisi Nəsimi Musayevin həbsini əks etdirən video görüntülər yayılıb. Publika.az-ın məlumatına görə, bu videonu “Joghovurd” qəzeti yayımlayıb.
Saytın verdiyi məlumata əsasən, Musayev hüquq-mühafizə orqanlarına ifadəsində özünü müdafiə etdiyini, erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, dəfələrlə “Məni burax” deyə yalvardığını iddia edib.
Lakin hadisə zamanı evdə olan qadın silahı götürəndə o, atəş açıb. Musayev həmçinin qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü qeyd edib.
Musayevin danışdığı başqa bir epizod da diqqət çəkir. O, ifadəsində qan içində evdən qaçmağı bacardığını və daha sonra hüquq-mühafizə orqanları tərəfindən yaralı halda tapıldığını bildirib.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi