20.10.2026 - 15:14
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Dünya 203 baxış

Lüks brend mağazaları talan edildi, küçələrdə satılır

Fransada son günlərdə davam edən etiraz aksiyalarının təsiri ilə yeni görüntülər ortaya çıxıb. Baku.ws-ın məlumatına görə, bu videolarda lüks brend mağazalarından oğurlanan məhsulların küçələrdə açıq şəkildə satışa çıxarıldığı müşahidə olunur.

Hələlik, bu məhsulların hansı mağazalardan oğurlandığı və küçələrdə satış həyata keçirən şəxslərin talançılıqda birbaşa iştirak edib-etmədiyi dəqiqləşməyib. Bununla yanaşı, ikinci əl alış-veriş platformalarında da bu məhsulların elanları artıb.

Oğurlanmış kosmetika məhsulları, ətirlər, geyimlər, elektronika və lüks çantalar bazar qiymətindən xeyli ucuz qiymətlərlə təklif olunur. Məşhur “Vinted” platforması isə bu cür elanları silməklə bağlı açıqlama verib və Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Sosial şəbəkələrdə yayılmış bəzi elanlarda lüks kosmetika məhsullarının 10 avroya satılması diqqət çəkir.

Xatırladaq ki, oktyabrın 17-də Fransada bahalaşma, təhsil şəraiti və dövlət xidmətlərindəki problemlərə etiraz olaraq keçirilən nümayişlər şiddətli iğtişaşlara çevrilib. Paris, Marsilya, Lyon, Bordo və Nitsa kimi şəhərlərdə maskalı qruplar mağazaları talan edib və avtomobilləri yandırıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: