Pensiyalar yenidən hesablanacaq

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq.
Minval.İnfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.
F.Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb.
F.Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.
“Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, – deyə F.Talıbov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?