Pensiyaçılar üçün yenilik
Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Minval.info”ya daxil olan məlumata görə, bu dəyişiklik pensiya ilə bağlı yeni qanun layihəsində nəzərdə tutulub:
“Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.
Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskva ilə Bakı arasında kruiz layneri istifadəyə veriləcək
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial müdafiəyə ehtiyacı olan işsizlərə iş imkanları artırılır
Səyahətçilər daha dayanıqlı seçimlər etməyə üstünlük verirlər
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı