Pensiya yaşına yenidən baxılsın - Deputat
“Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Biz pensiya yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs bu nə verdi dövlət büdcəsinə? Dövlət büdcəsinə əlavə vəsait gətirib çıxardımı? Ümumiyyətlə, bunu hesabladılarmı?”
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur.
“Ona görə də hesab edirəm ki, “Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, 65 yaşında qadını biz pensiyaya çıxardırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?