Paytaxtda sürücüləri soyan dəstə tutuldu
Aprelin 13-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib.DİN-dən Minval.İnfo-ya verilən xəbərə görə, dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.
Onların qəsəbə ərazisində digər “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 9 qanunsuz silah ələ keçirildi
Dələduzluğa görə axtarılan 9 nəfər saxlanıldı
Səlim Müslümovun evi yarı qiymətə satışda!
Səbinə Əliyeva: Ermənistanın iddiaları əsassızdır!
Tennessidə 200 ildən sonra ilk qadın edamı
Yenicag.az 19 yaşında: Media dünyasında önəmli addım
Yaşıllıqlara 200 min manatlıq ziyan: Araşdırma başladı