Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı - TƏFƏRRÜAT
Bakıda mənzildən meyit tapılıb.
Paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
Minval.info“Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, ekspertizanın məlumatlarına əsasən, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna təxminən bir il beş ay əvvəl ölüb.
Qonşuların sözlərinə görə, Kosyançuk tək yaşayıb, son illər o, qapalı həyat tərzi sürüb və uzun müddət evdən çıxmayıb. Onlar ehtimal edirdilər ki, qadın evi satıb və Rusiyadakı yaxınlarının yanına köçüb.
XX əsrin əvvəllərində tikilən qədim evlərin qalın divarları cəsəddən gələn üfunətin qonşu evlərə keçməsinə maneə törədib və buna görə də qonşular heç nədən şübhələnməyiblər. Meyit sahə polis rəisi tərəfindən ərazidə aşkarlanıb.
Eyni zamanda, məlum olub ki, Kosyançuk əməkdar incəsənət xadimi olub. 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona bu fəxri adı verib.
Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının yaşadığı ev sovet dövründə dövlət rəhbərliyi tərəfindən ona hədiyyə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xətai rayonunda üç küçə bağlanır!
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Azərbaycanda unun topdansatış qiyməti artdı
Nərimanov və Yasamalda gəlirli biznes imkanları
Bakıda su kollektorunun problemi niyə həll olunmur?