Paytaxtda günəşli havada çətir daşımaq: Kondisioner suyu yağış kimi yağıdır!
Paytaxtda günəşli hava şəraitində belə çətir daşımaq məcburiyyətində qalan sakinlər, bu vəziyyətin səbəbi olaraq binaların eyvanlarında düzgün quraşdırılmayan kondisionerləri göstərirlər. Kondisionerlərdən axan su, sakinlərin başına tökülərək narahatlıq yaradır.
Minval.info xəbər verir ki, yay aylarında kondisionerlərin istifadəsi artdıqca, bu texnikanın düzgün quraşdırılmaması problemi daha da aktuallaşır. Xüsusilə çoxmərtəbəli binalarda bu vəziyyət daha çox müşahidə olunur.
Sakinlərdən biri, “Binanın birinci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər kondisionerlər quraşdırılıb və hamısının suyu eyni anda tökülür. Bu da sanki yağış yağırmış kimi bir vəziyyət yaradır,” deyə bildirir.
Başqa bir sakin isə kondisionerlərdən axan suyun xüsusi borular vasitəsilə yönləndirilməsinin vacibliyini vurğulayır və “Şlanq və ya rezin boru vasitəsilə suyun aşağı yönləndirilməsi daha məqsədəuyğundur,” deyə əlavə edir.
Ekspertlər isə problemin yalnız sakinlərdən qaynaqlanmadığını, binaların layihələndirilməsi zamanı drenaj xətlərinin nəzərə alınmamasının da bu vəziyyətə səbəb olduğunu bildirirlər. “Drenaj xətti olmadığı üçün vətəndaşlar kondisioner sularını pərakəndə şəkildə mənzildən kənarlaşdırırlar. Bu da binanın fasadına və ümumi əmlaka ziyan vurur,” deyə ekspertlər qeyd edirlər.
Problemin həlli üçün sakinlərin bir araya gələrək xüsusi fond hesabına binanın fasadında uyğun drenaj xətləri quraşdırılması təklif olunur. Bu yanaşma həm binanın ümumi əmlakının qorunmasına, həm də qonşular arasında narazılığın qarşısının alınmasına kömək edər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın