Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
Hər gün şəhər ərazisində tərəfimizdən altıya yaxın qurumuş ağac kökündən çıxarılır.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, mövsümdə götürülən ağacların yerinə yeniləri əkiləcək:
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə kök üstündə tam quruyan ağaclara baxış keçirilir. Təbii şəraitdə quruyan və qəzalı olan ağaclar yerindəcə götürülür. Mövsümdə isə yeni ağaclar əkiləcək”.
Orxan Məmmədov onu da əlavə edib ki, paytaxtın hər yerində quruyan ağaclara rast gəlmək mümkündür:
“Demək olar ki, hər yerdə uzun illərdir baxımsız qalan, nəzarət edilməyən qurumuş ağaclar var. Son vaxtlar vətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə olunan çoxsaylı müraciətləri nəzərə alan rəhbərlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin yerlərə baxış keçirilməsi haqqında göstəriş verib.
Qərara əsasən, kök üstündə tam quruyan və vətəndaşlar tərəfindən kənar müdaxilə olmadan quruyan ağaclar kəsilərək götürülür. Çünki bir çox ağac vətəndaşların özü tərəfindən qəsdən qurudulur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi