07.09.2026 - 17:21
Kriminal 21 baxış

Payızda viruslardan qorunmağın yolları açıqlandı

Payız mövsümünün başlaması ilə havaların soyuması və gün ərzində temperaturun dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi virus infeksiyalarının yayılma riskini artırır. Səhər saatlarında sərin, günorta isə nisbətən isti havanın müşahidə olunması orqanizmin temperatur dəyişikliklərinə uyğunlaşmasını zəruri edir. Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olanlar bu dövrdə daha diqqətli olmalıdır.

Minval.info xəbər verir ki, mütəxəssislər payız aylarında sağlamlığın qorunması üçün yalnız mövsümə uyğun geyinməyin kifayət etmədiyini bildirirlər. İş və istirahət rejiminə diqqət yetirmək, xəstə insanlarla təması azaltmaq, zərurət olduqda qoruyucu maskalardan istifadə etmək və xroniki xəstəliklərlə bağlı müalicəni nəzarətdə saxlamaq vacibdir. Bəzi hallarda isə virus infeksiyalarından qorunmaq üçün peyvəndlər də effektiv vasitələrdən biri hesab olunur.

Həkim-terapevt Rasim Bağırov qeyd edir ki, virus infeksiyalarının yayıldığı dövrlərdə iş və istirahət bölgüsünü tarazlamaq çox vacibdir. Xüsusilə yaşlı şəxslər cəmiyyət arasında olduqda qoruyucu maskalardan istifadə etməlidirlər, çünki onların adaptasiya qabiliyyəti aşağı olduğu üçün virusa tez bir zamanda yoluxa bilərlər. Xroniki xəstəliyi olan insanlar isə müalicə proseslərini davam etdirməlidirlər, çünki orqanizmin müəyyən vitaminlərə ehtiyacı olur və bu ehtiyaclar qarşılanmadıqda müəyyən problemlər yarana bilər. Bəzən sağlam şəxslər viruslara yoluxmamaq üçün peyvəndlərdən istifadə edirlər ki, bu da yoluxma hallarının qarşısını almaq üçün effektiv üsullardan biridir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: