Paşinyan əsirləri alandan sonra sözündən döndü: Bakının cavabı ağır olacaq
“Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı göstərdi ki, İrəvan 8 erməninin qarşılığında kütləvi məzarlıqların koordinatlarının verilməsi anlaşmasından imtina edir. Vaan Unanyan deyir ki, bu məsələdə təktərəfli öhdəlik götürməyiblər, lakin 8 erməninin qarşılığında məzarlıqların koordinatının verilməsi razılaşmasını təkzib etmir. Rəsmi Bakının etiraz açıqlaması da razılaşmanın olduğunu təsdiqləyir”.
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, İrəvan faktiki 8 ermənini aldıqdan sonra öhdəliyindən imtina edir və bununla Bakıda saxlanılan digər ermənilərin qaytarılması şansını da sıradan çıxarır: ” Hərçənd, məsələ təkcə bununla yekunlaşmır. Çünki görüşdə Bakıdan başqa digər tərəflər istədiyini praktiki olaraq aldı:
– Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi vasitəçilik missiyasını yerinə yetirdi;
– Ermənistan 8 erməninin qaytarılmasına nail oldu;
İrəvan öhdəliyini yerinə yetirməsə, Bakının cavabının diplomatik etirazla məhdudlaşacağı inandırıcı görünmür. Müharibədən sonrakı təcrübə də bu ehtimalı güclənidirir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!