Paşinyan Putinlə söhbətinin detallarını açıqladı
Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon söhbəti zamanı dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitini təxirə salmağı təklif edib.
Oxu.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə N. Paşinyan deyib.
Onun sözlərinə görə, Putin dekabrın 6-da müvafiq qərarları müzakirə etməyi, sonra isə hazır qərarlarla yola düşməyi təklif edib.
“Mən də razı oldum. Çünki hesab edirəm ki, məsələni işçi prosedurlarla həll etmək daha doğrudur. İndi konsensusa gəlmədiyimizdən Astananı təkrarlamağa ehtiyac yoxdur, bu, qeyri-konstruktivdir. Anlaşma belə olub ki, konsensus əldə olunanadək işçi müzakirələri davam etdirək”, – deyə o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!