Paşinyan məhkəmə sistemində korrupsiya ilə bağlı narahatlığını ifadə edib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin məhkəmə-hüquq sistemindəki korrupsiya halları ilə bağlı narahatlığını bir daha ifadə edib. O, bu barədə oktyabrın 1-də təşkil olunmuş brifinqdə danışıb.
Minval.info xəbər verir ki, Paşinyan siyasi rəqiblərinin məsuliyyətə cəlb edilməsi, hökumətə yaxın olan şəxslərin isə azadlıqda qalması ilə bağlı suallara cavab verərkən, ölkədəki məhkəmə sisteminin hələ də tam müstəqil olmadığını bildirib.
Baş nazirin sözlərinə görə, keçmiş maliyyə naziri Qagik Xaçatryanın işi məhkəmə sistemindəki korrupsiyanın bariz nümunəsidir. Paşinyan vurğulayıb ki, sistemli korrupsiya hələ də aradan qaldırılmayıb və bu, bəzi şəxslərin məsuliyyətdən yayınmasına səbəb olur.
“Günahkar həbsdə olmalıdır, mənim üçün başqa prinsip yoxdur. Məhkəmə-hüquq sistemi kimin günahkar, kimin günahsız olduğunu müəyyən etməlidir”, – deyə Paşinyan əlavə edib.
Baş nazir, həmçinin, xalqın səbrinin tükənə biləcəyi bir vəziyyətin yarana biləcəyini, bu halda hökumətin nəzarəti saxlamaqda çətinlik çəkə biləcəyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Britaniyanın Tehrandakı səfirini çağırdı
Naxçıvanda deputat mandatından məhrum edildi
Avropa İttifaqı: "Türkiyəyə ehtiyacımız var" mesajı
İspaniyada Fransa ilə dostluq anlaşmasına müxalifət əngəli
Hindistanda Baş Nazir Modiyə seçki saxtakarlığı ittihamı irəli sürülüb
Azərbaycan və Slovakiya arasında məxfi informasiya mübadiləsi təsdiqləndi