Şi Cinpin APEC sammiti öncəsi xarici liderlərlə görüşlər keçirir
Çin Xalq Respublikasının Prezidenti Şi Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti öncəsi bir sıra xarici liderlərlə ikitərəfli görüşlər keçirib. Görüşlər Çinin cənub-şərqində yerləşən Şençjen şəhərində baş tutub.
Minval.info xəbər verir ki, Şi Cinpin Vyetnam, Kanada və Papua Yeni Qvineya liderlərini qəbul edib. Çin dövlət xəbər agentliyi Xinhua-nın məlumatına görə, Çin lideri Papua Yeni Qvineyanı “etibarlı dost və tərəfdaş” kimi dəyərləndirib və bu ölkənin “Vahid Çin” prinsipinə sadiqliyini “tarixin gedişatına uyğun ədalətli bir mövqe” kimi xarakterizə edib.
Görüşlərin keçirildiyi Şençjen şəhəri, iki günlük 33-cü APEC İqtisadi Liderlər Toplantısına ev sahibliyi edəcək. “Birlikdə Firavanlıq və Gələcəyə Qalibiyyət” mövzusu altında keçiriləcək sammitdə 21 üzv ölkənin liderləri və nümayəndələri iştirak edəcək.
Sammitdə iştirak edəcək liderlər arasında ABŞ və Rusiya prezidentlərinin də olması gözlənilir. Şi Cinpin, həmçinin Meksika Prezidenti Klaudiya Şeynbaum ilə də görüşməyi planlaşdırır. Çilili Prezident Hose Antonio Kast isə artıq sammit üçün Şençjenə gəlib.
Liderlərin görüşləri ilə yanaşı, Çianhai Beynəlxalq Konvensiya Mərkəzində çərşənbə günü keçiriləcək APEC CEO Sammitinə 2000-dən çox biznes və siyasi nümayəndənin qatılması gözlənilir. Tədbirdə 21 APEC üzv ölkəsi və Böyük Britaniya, Fransa, Almaniya və İsveçrə də daxil olmaqla 13 üzv olmayan ölkənin nümayəndələri iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Berlin Cənubi Qafqazda moskvaya qarşı
ABŞ vitse-prezidenti Vens 2028 seçkilərində namizəd ola bilərmi
ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı
Bəqai: "Çin və Rusiya bizim strateji tərəfdaşlarımızdır!"
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb