16.11.2026 - 10:14
ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı
Siyasət 196 baxış

ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı

ABŞ və Türkiyə arasında F-35 qırıcılarının tədarükü ilə bağlı yeni razılaşma ehtimalı ortaya çıxıb. Publika.az-ın məlumatına görə, İsrailin “Maariv” qəzeti Vaşinqtonda Türkiyənin F-35 proqramına qayıtması üçün ikimərhələli planın müzakirə edildiyini yazıb.

Nəşrin iddiasına görə, planın ilk mərhələsində Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini ya Rusiyaya, ya da Moskvanın razılığı ilə üçüncü ölkəyə təhvil verməsi nəzərdə tutulur. Bu şərtin həyata keçirilməsi halında, ABŞ-ın anbarlarında saxlanılan altı F-35 döyüş təyyarəsinin Türkiyəyə verilməsi və türk hərbi personalı üçün təlimlərin bərpası mümkün ola bilər.

İkinci mərhələdə isə Vaşinqtonun Türkiyənin artıq S-400 sistemlərinə malik olmadığını ABŞ Konqresinə rəsmən bildirməsi və bunun ardınca Ankara ilə bağlı müdafiə sənayesinə tətbiq edilən sanksiyaların ləğvi gözlənilir. Daha sonra F-35 məsələsinin daha geniş müzakirəsi gündəmə gələ bilər.

Qəzetin bildirdiyinə görə, bu addımdan sonra Türkiyənin daha böyük F-35 donanmasına sahib olması ilə bağlı danışıqların başlanması da gündəmdədir. Türkiyənin NATO-dakı mövqeyi, müdafiə sənayesi potensialı və regional təhlükəsizlikdəki rolu Vaşinqtonun hesablamalarında mühüm amil kimi qeyd edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: