ABŞ vitse-prezidenti Vens 2028 seçkilərində namizəd ola bilərmi
ABŞ-ın vitse-prezidenti Vensin 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələr davam edir. Axios-a danışan və adını açıqlamaq istəməyən mənbələr, Vensin bu mövzuda tərəddüd etdiyini bildiriblər. Mənbələr, onun mümkün namizədlik məsələsini həyat yoldaşı Uşa və ailəsi ilə məsləhətləşdiyini vurğulayıblar.
Minval.info xəbər verir ki, Vensin namizəd olub-olmayacağına dair son qərarı yalnız yeni ildən sonra verəcəyi gözlənilir. Bu qərarın açıqlanması isə yazın sonlarına təsadüf edə bilər. Erkən namizədliyini elan etməsi vəziyyətində, diqqətlərin Donald Trampdan uzaqlaşa biləcəyindən ehtiyat etdiyi iddia edilir.
Mənbələr həmçinin, Vensin Peter Til, Devid Saks və İlon Mask kimi mühüm donorlarla əlaqələrinin olduğunu bildiriblər. O, ara seçkilərdəki kampaniyasında, 2028-ci ildə ona “faydalı” ola biləcək şəxslərlə əlaqələr qurmağa çalışıb.
Bundan əlavə, Vensin bəzi texnologiya liderləri və mühafizəkar donorlar tərəfindən yaradılan Rockbridge Network adlı böyük bir qrupla əməkdaşlıq etdiyi bildirilir. Bu qrupun 2028-ci ildə onun kampaniyasını dəstəkləyə biləcəyi ehtimal edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı
Bəqai: "Çin və Rusiya bizim strateji tərəfdaşlarımızdır!"
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?