“Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib.

 

 

“Minval.info”“qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı “Location” klubla üzbəüz “Room” restoranın qarşısında dayanan italiyalı iş adamı Mişel Balleri ağır yaralanıb.

Məlum olub ki, o, Bakıda fəaliyyət göstərən tanınmış neft şirkəti “Saipem”in əməkdaşıdır. İlkin məlumata görə, M.Balleri 8 ilə yaxındır Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.

Başından zədə alan Mişel Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.

Hadisə zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxtalardan biri dəymişdi. Həmin anın görüntüləri “Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü.

Qeyd edək ki, “Saipem” şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir.