“Papanin hospitalı”nın bölmə rəisi rüşvət ittihamıyla cəzalandırıldı
Məhkəmə hospitalın əməkdaşlarına hökm oxudu
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (“Papanin hospitalı”) bölmə rəisi Vüsal Eyvazov və hospitalın əməkdaşı olmuş Hüseyn Ağayevin mühakiməsi başa çatıb. Bakı Hərbi Məhkəməsində onlara hökm oxunub. Hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesinin yekunu olaraq, Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev isə 1 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli biliniblər.
dərəcəsinin təyin edilməsi üçün rüşvət almaqda ittiham olunur. Xəsarət dərəcəsi dövlət tərəfindən verilən sosial sığorta müavinətinin ödənişi baxımından önəmlidir.
Vüsal Eyvazov və Hüseyn Ağayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2021-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Onlar məhkəmədə ifadə verərkən özlərini qismən təqsirli biliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi