Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib

Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.
“Minval.info” xəbər verir ki, bu barədə o, özünün tvittrdəki hesabında yazıb.
“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, – Daşti tvitterdə yazıb.
Onun sözlərinə görə, “taliblər” ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.
Qeyd edək ki, “Taliban” hərəkatı ötən ayın əvvəllərində Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumları genişləndirib. Bunun nəticəsi olaraq avqustun 15-də paytaxt Kabil hərəkatın silahlılarının əlinə keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!